BAKI, 12 fevral. TELEQRAF

Qazaxıstan Mərkəzi Referendum Komissiyası martın 15-də keçirilməsi planlaşdırılan yeni Konstitusiya layihəsi üzrə referendumun nəticələrini yeddi gün ərzində - martın 21-dək açıqlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının sədr müavini Muxtar Yerman məlumat verib.

“Mərkəzi Referendum Komissiyasının referendum nəticələri ilə bağlı rəsmi açıqlaması səsvermə tarixindən etibarən yeddi gündən gec olmayaraq, yəni martın 21-nə qədər mediada dərc olunmalıdır”, - o bildirib.