BAKI, 12 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşün yalnız Moskvada keçirilə biləcəyi mövqeyi qüvvədə qalır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Sözçü Kremlin Moskva görüşü üçün şərtlərinin qüvvədə qalıb-qalmadığı ilə bağlı sualı belə cavablandırıb:
“Bəli, Putinin mövqeyi belədir, hamıya yaxşı məlumdur”.
Dmitri Peskov Volodimir Zelenskinin açıqlamasında yenilik olmadığını da vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti bundan əvvəl Vladimir Putinlə Rusiya və ya Belarusda görüşməkdən imtina edib.