BAKI, 2 fevral. TELEQRAF
Kremlin təbliğatçısı Vladimir Solovyov Rusiya hökumətini amerikalı milyarder İlon Maskın kosmosdakı peyklərinə nüvə zərbəsi endirməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Çağırış İlon Maskın “SpaceX” şirkətinin Rusiyanın “Starlink”ə qarşı dronlar vasitəsilə tədbirlər görməyə başladığı barədə məlumatlar fonunda səsləndirilib.
“Başa düşmürəm, məsələn, niyə İlon Maskın peykləri bizim üçün qanuni hədəf olmasın? Bildiyimə görə, kosmosda bir nüvə partlayışı bu problemi həll edər”, - o bildirib.
Solovyov əlavə edib ki, nüvə zərbəsi nəticəsində Rusiya öz peyklərini də itirəcək:
“Amma bunun elə də qorxulu tərəfi yoxdur, çünki onsuz da ABŞ-dən xeyli geri qalırıq”.