BAKI, 2 fevral. TELEQRAF

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Manas şəhərində dini “Furqan” Hərəkatının qanunsuz missionerlik fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə komitənin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərəkatın bir qrup tərəfdarı dünyəvi dövlət prinsiplərinə zidd olan və şəriət qanunlarını açıq şəkildə dəstəkləyən ideologiyanı fəal şəkildə təbliğ edərək, insanları hərəkatın sıralarına dəvət edib. Tədbirlər çərçivəsində 6 əcnəbi də daxil olmaqla, 20 nəfər saxlanılıb.

Missionerlik fəaliyyətinin təşkilatçıları və iştirakçılarına inzibati cərimələr tətbiq edilib.