BAKI, 31 yanvar. TELEQRAF

Özbəkistan Xarici İşlər Nazirliyində İspaniyanın Daşkənddəki səfirliyinin müvəqqəti işlər vəkili Mariya Asunson Sançes Ruislə görüş keçirilib.

Teleqraf xəbər verir ki, Özbəkistan miqrasiya axınlarının şaxələndirilməsi və vətəndaşların əmək miqrasiyası coğrafiyasının genişləndirilməsi üzrə sistemli işi davam etdirir.

İspaniya bu baxımdan perspektivli istiqamətlərdən biri kimi qeyd olunur.

Danışıqlar zamanı tərəflər mövcud konsulluq məsələləri, viza prosedurlarının sadələşdirilməsi və əmək miqrasiyası sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə İspaniya tərəfi ilə miqrasiya üzrə hökumətlərarası sazişin imzalanması, eləcə də Özbəkistandan olan əmək miqrantlarının kənd təsərrüfatı və tikinti sektorlarına cəlb edilməsi üçün pilot layihənin başlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

İspaniyada Özbəkistan vətəndaşları üçün məşğulluq imkanlarını genişləndirmək məqsədilə xarici işçilərin mütəşəkkil işə qəbul sisteminə - GECCO-ya daxil edilməsi variantlarının nəzərdən keçirilməsi də təklif olunub.