BAKI, 2 yanvar. TELEQRAF

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra sammitin yazda ABŞ-də keçirilməsi barədə razılığa gəldiklərini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Takaiçi jurnalistlərə açıqlamasında təfərrüatları açıqlamadan bildirib: "Biz, əsasən Hind-Sakit Okean regionu ilə bağlı fikir mübadiləsi apardıq və mövcud qlobal vəziyyətdə Yaponiya ilə ABŞ arasında sıx əməkdaşlığı bir daha təsdiqlədik".

Takaiçi qeyd edib ki, telefon danışığı zamanı tərəflər həmçinin Cənubi Koreya və digər müttəfiqlərlə azad və açıq Hind-Sakit Okean regionunun təşviqi sahəsində əməkdaşlığı bir daha təsdiqləyiblər.

Baş nazirin sözlərinə görə, Tramp və Takaiçi təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirmək barədə də razılığa gəliblər.