BAKI, 25 dekabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan ordusunu günün çətinliklərinə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, uzun illərdən sonra ilk dəfə olaraq ordunun XXI əsrin tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunduğunu açıqlayıb.

“Etibarlı ordu, güclü hüquq-mühafizə orqanları və nizam-intizamı olmayan ölkə gələcəyi olmayan ölkədir. Son illərdə Qırğızıstanın müdafiə sektoru əhəmiyyətli dərəcədə modernləşmə mərhələsindən keçib. Müasir avadanlıqlar, aviasiya sistemləri, müşahidə avadanlıqları, yüksək dəqiqlikli müdafiə sistemləri, müasir nəqliyyat və rabitə avadanlıqlarına yüz milyardlarla pul xərclənib. Uzun illərdən sonra ilk dəfə olaraq ordumuz XXI əsrin tələblərinə cavab verən müasir avadanlıqlar əldə edib”, - Sadır Japarov bildirib.

Prezident əlavə edib ki, texnologiya tərəqqinin yalnız bir hissəsidir:

“Həmçinin hərbi təlim standartlarını yeniləmişik, intizamı gücləndirmişik və sosial dəstəyi yaxşılaşdırmışıq. Bu gün Qırğızıstan ordusu müasir texnologiyaya yiyələnmiş, andına və istənilən vaxt ölkəsini müdafiə etməyə hazır olan müasir bir mütəxəssisdir”.