BAKI, 17 dekabr. TELEQRAF
Qazaxıstandan Özbəkistana neft tədarükü ildə 500 min ton təşkil edə bilər.
Teleqraf xəbər verir ki, Özbəkistanın Fərqanə Neft Emalı Zavodu yenilənmiş tranzit proqramının bir hissəsi olaraq neft qəbuluna başlayıb.
Məlumata görə, zavod bu ay ərzində Qazaxıstandan 35 min tona qədər neft alacaq.
Əlavə xammal həcmi zavodun gücünü artıracaq və benzin, dizel yanacağı və digər məhsulların istehsalını genişləndirəcək.