BAKI, 6 dekabr. TELEQRAF
Özbəkistanın Namanqan, Əndican, Fərqanə, Sırdərya vilayətləri və paytaxt Daşkənd şəhərində 2-3 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Gecə saatlarında Özbəkistan ərazisində episentri Pop rayonunda yerləşən zəlzələ baş verib.
Zəlzələnin episentrində gücü 5 bal, dərinliyi 17 km olub. Zəlzələnin episentri Daşkənddən 135 km cənub-şərqdə yerləşib.
Zəlzələ Namanqan (3 bal), Fərqanə (2-3 bal), Əndican (2 bal), Daşkənd (2 bal) və Sırdəryada hiss olunub.