BAKI, 14 oktyabr. TELEQRAF
Özbəkistan Mərkəzi Asiya ölkələrinə yaşıl enerji və süni intellekt sahəsində əməkdaşlıq təklif edib.
Teleqraf xəbər verir ki, Özbəkistan Baş naziri Abdulla Aripov bu təşəbbüsü Düşənbədə keçirilən “Dushanbe Invest 2025” Forumunda səsləndirib.
“Beynəlxalq tərəfdaşlara müraciət edərək, yaşıl enerji sahəsində birgə innovativ layihələrin həyata keçirilməsi və süni intellekt modelləri üzərində birgə sahələrdə əməkdaşlığın gücləndirilməsi təklifini verirəm”, - bildirib.
Təklif həmçinin iqtisadiyyatın rəqəmsal transformasiyası sahəsində təcrübə mübadiləsi, yaradıcı sənayelərin inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi və Mərkəzi Asiya ölkələrinin tranzit potensialından istifadəni əhatə edir.