BAKI, 9 oktyabr. TELEQRAF

Qırğızıstan Qəzzada vəziyyətin nizamlanması üçün davam edən prosesi dəstəkləyir

Qırğızıstan Qəzza zolağında vəziyyətin nizamlanması üzrə davam edən prosesi dəstəkləyir və beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və Yaxın Şərqdə sülh təşəbbüslərini dəstəklədiyini bir daha təsdiqləyir.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Əsqət Alagözov bildirib.

“ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsü, eləcə də Misir, Qətər və Türkiyənin diplomatik səyləri beynəlxalq ictimaiyyətin tam dəstəyinə layiqdir”, - o qeyd edib.