BAKI, 4 oktyabr. TELEQRAF

Özbəkistan səfiri Ravşan Usmanov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni təyin olunmuş baş katibi Milica Deleviç ilə görüşüb.

Teleqraf xəbər verir ki, səfir Özbəkistan ilə AYİB arasında əlaqələrin durmadan genişləndiyi vurğulanıb.

Bu il davam edən layihələrə 1,1 milyard avro cəlb edilməsi planlaşdırılır ki, bunun da əsas hissəsi özəl sektorun dəstəklənməsinə yönəldiləcək.

Həmçinin dialoq zamanı bankın Özbəkistanda diqqət mərkəzində saxladığı prioritet istiqamətlər, o cümlədən infrastrukturun modernləşdirilməsi, enerji səmərəliliyi proqramları, yaşıl enerji, qadın sahibkarlığı, kiçik və orta sahibkarlıq imkanlarının genişləndirilməsi, özəl sektora dəstək vurğulanıb.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın ardıcıl surətdə davam etdirilməsi və sazişlərin icrasının əlaqələndirilməsi məqsədilə müntəzəm dialoqun qurulması razılaşdırılıb.