BAKI, 3 oktyabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstan prezidentinin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi, keçmiş xarici işlər naziri Murat Nurtleu ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mirzoyan Nurtleuya Ermənistan və Qazaxıstan arasında tərəfdaşlığın inkişafında mühüm nailiyyətlərlə nəticələnən birgə işə görə təşəkkür edib.
Erməni nazir Qazaxıstan rəsmisinə yeni vəzifəsində uğurlar arzulayıb, gələcək əməkdaşlığa hazır olduğunu bildirib.
Həmçinin Ararat Mirzoyan ilə Qazaxıstanın yeni təyin olunmuş xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı olub.
Erməni nazir Koşerbayevi bu vəzifənin icrasına başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Həmsöhbətlər Ermənistan-Qazaxıstan tərəfdaşlığı ilə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi və strateji tərəfdaşlığın təşviqi üçün birgə fəal işləməyə hazır olduqlarını vurğulayıblar.