BAKI, 30 sentyabr. TELEQRAF
Özbəkistanın Baş Konsulluğunun dəstəyi ilə Rusiyanın Tümen vilayətində çətin vəziyyətdə olan vətəndaşlara əməli yardım göstərilib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
Bildirilib ki, üç Özbəkistan vətəndaşı Baş Konsulluğa müraciətlərində Tümen vilayətində müəssisədə işlədikləri müddət ərzində onlara aylıq əməkhaqlarının verilmədiyini deyib və maaşlarının alınması üçün əməli yardım göstərilməsini xahiş edib.
Müəssisə rəhbəri ilə söhbətlər nəticəsində məlum olub ki, həqiqətən də vətəndaşlara aylıq əməkhaqqı verilməyib, pasportları əlindən alınıb.
Aparılan danışıqlar nəticəsində vətəndaşların şikayətlərinin müsbət həllinə dair razılıq əldə olunub. Özbəkistan vətəndaşlarının pasportları geri qaytarılıb və onların iki aylıq maaşları ödənilib.