BAKI, 20 may. TELEQRAF
Rusiya dövləti gerontokratiyaya - hakimiyyətin yetkin əhalinin əksəriyyətindən xeyli yaşlı insanlara məxsus olduğu idarəetmə formasına yaxınlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesabatında deyilir.
Hesabata görə, Rusiyanın yüksək səviyyəli liderlərinin əksəriyyəti, o cümlədən hazırda 72 yaşı olan Prezident Vladimir Putin 2023-cü ildə Rusiyada kişilərin orta ömür uzunluğuna çatıb, hətta onu da keçib:
“Putin rejimin sabitliyini daha yaxşı təmin etmək üçün güc mövqelərində yaxın müttəfiqlərini saxlamağa çalışır. Siyasi təyinatlar peşəkarlığa görə yox, Putinə sədaqət yolu ilə edilir ki, bu da iddialı potensial liderlərin gənc nəsli arasında narazılıq və məyusluq yarada bilər.
Belə bir siyasi idarəetmə forması qərarlarının səmərəliliyi və effektivliyini ciddi şəkildə azaldır. Çünki bu qərarları ən səriştəlilər deyil, Putin avtoritarizminə uzun müddət sədaqət nümayiş etdirən və onun qorunub saxlanmasından şəxsən faydalanan şəxslər qəbul edir”.