BAKI, 8 aprel. TELEQRAF

Çinin Ticarət Nazirliyi ABŞ Prezidenti Donald Trampın ölkəyə əlavə rüsumlar tətbiq etmək təhdidləri fonunda Pekinin sona qədər mübarizə aparacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“ABŞ tərəfinin Çinə qarşı tarifləri artırmaqla hədələməsi Amerikanın şantajçı xarakterini bir daha ortaya qoyan səhvdir. ABŞ öz mövqeyində israr edərsə, Çin sona qədər mübarizə aparacaq”, - Çin Ticarət Nazirliyi qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən Pekinin Amerikanın rüsumlarına qarşı cavab tədbirlərini ləğv etməyəcəyi təqdirdə, aprelin 9-dan etibarən Çin mallarına 50 faizlik əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.