BAKI, 18 aprel. TELEQRAF

Məşhur rejissor Emir Kusturitsa pravoslavlığa qarşı elan olunmuş müharibədən danışıb.

Teleqraf xəbər verir ki, o, TASS-a müsahibəsində Moldova hakimiyyətinin arxiyepiskop Markelin İsrailə səfərini qadağan etməsini belə şərh edib.

Qeyd edək ki, Moldova hökuməti Beltsk və Faleşt arxiyepiskopu Markelin Müqəddəs atəşin arxasınca İsrailə yollanmasına mane olub. Arxiyepiskop Kişinyov hava limanında saxlanılıb və əlavə yoxlamalara məruz qalıb.

Kusturitsa bildirib: "Kiyevdə Peçersk Lavrasına hücumdan sonra məni heç nə təəccübləndirmir. Bu, pravoslavlığa qarşı müharibənin əlamətidir. Döyüş hələ də davam edir. Düşünürəm ki, bu, dünyanın bu hissəsinə nəzarət etmək cəhdidir. İndi onlar edirlər, lakin növbəti dəfə uğur qazana bilməyəcəklər".