Oktyabrın 29-da Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək.

Bu barədə Teleqraf.com-a saraydan məlumat verilib.

Gecədə M.Maqomayevin unudulmaz nəğmələrini dünyanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

Konsertin biletləri artıq satışa çıxarılıb.