BAKI, 21 noyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda güclü partlayış səsi eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi hadisə şahidinə istinadən məlumat yayıb.

Partlayışın səbəbi və mümkün fəsadları barədə hələlik məlumat açıqlanmayıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi fövqəladə hallar üzrə milli erkən xəbərdarlıq sistemini işə salaraq Ər-Riyad sakinlərini mümkün təhlükə barədə xəbərdar edib.