BAKI, 21 noyabr. TELEQRAF
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
Teleqraf xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,48 ABŞ dolları və ya 1,50% azalaraq bir barel üçün 96.93 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.