BAKI, 21 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətini keçmiş baş direktoru Censen Huanqı yenidən vəzifəsinə qaytarmağa çağırıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
“Onun geri qayıtmasını çox istərdim. O, dünyanın ən parlaq zəkalarından biridir. Biz insanlara ikinci şans verilən ölkəyik. Censenin səmimi şəkildə üzr istəyərək vəzifəsinə qayıtmasını arzulayıram”, – Tramp deyib.
ABŞ Prezidenti məsələni Çin lideri Si Cinpinlə də müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, Si Cinpin Huanqı yüksək qiymətləndirib.
Lakin ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına açıqlamasında Tramp və Si Cinpinin bu məsələni müzakirə etmədiklərini söyləyib.
Qeyd edək ki, Huanq noyabrın 12-də Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranmış qalmaqal fonunda “Nvidia”nın baş direktoru vəzifəsindən və direktorlar şurasından ayrılıb.
Çin Xarici İşlər Nazirliyi qadının kəşfiyyatla əlaqəsi barədə iddiaları böhtan adlandırıb. “Nvidia”nın direktorlar şurası isə Huanqın əvvəlki vəzifəsinə qaytarılmasını planlaşdırmadığını açıqlayıb.