BAKI, 29 may. TELEQRAF

ABŞ-nin “Blue Origin” şirkətinə məxsus “New Glenn” ağır raketi Floridada keçirilən sınaqlar zamanı partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Məlumata görə, raket birbaşa start meydançasında partlayışa məruz qalıb.

Hadisəyə münasibət bildirən “Blue Origin” şirkəti sınaqlar zamanı “qeyri-standart vəziyyətin” yarandığını açıqlayıb. İnsident nəticəsində xəsarət alanların olmadığı qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin noyabrında “Blue Origin” şirkəti Marsa göndərilməsi planlaşdırılan kosmik aparatlarla birlikdə “New Glenn” raketinin buraxılışını dayandırmaq qərarı vermişdi.