BAKI, 15 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasına ehtiyac olmayacağına inanır.

Teleqraf xəbər verir ki, bu barədə o, ABC-yə müsahibəsində bildirib.

Tramp İranla atəşkəsin uzadılmasını düşünmədiyini və bunun zəruri olacağına inanmadığını deyib: “Düşünürəm ki, iki möhtəşəm günün şahidi olacaqsınız. Mən buna həqiqətən inanıram”.

Münaqişənin razılaşma ilə başa çatıb-çatmayacağı sualına cavab verən Tramp bildirib ki, bu və ya digər şəkildə yekunlaşacaq: “Ammma düşünürəm ki, razılaşma onlar daha məqsədəuyğundur, çünki bu halda ölkələrini bərpa edə biləcəklər”.

“İranda radikalları məhv etmişik”, - ABŞ Prezidenti əlavə edib.