BAKI, 11 aprel. TELEQRAF

ABŞ-nin Birinci xanımı Melaniya Tramp cinsi cinayətlərdə ittiham olunan maliyyəçi Ceffri Epşteynlə iddia edilən əlaqələri barədə danışmaq qərarına gəlib. Bu, ABŞ Prezidenti Donald Trampın seçdiyi strategiyaya tam ziddir.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Neue Zürcher Zeitung” (NZZ) nəşri məlumat yayıb.

“Melaniya Trampın bu məsələ ilə əlaqədar ortaya çıxması gözlənilməz oldu. Birinci xanımın təşəbbüsü qəribə görünür, çünki bu, onun həyat yoldaşının Epşteyn qalmaqalı ilə bağlı əvvəlki strategiyasına uyğun gəlmir”, - məqalədə qeyd olunub.

Nəşrin yazdığına görə, Melaniyanın indiyədək demək olar ki, unudulmuş bu qalmaqala yenidən diqqət çəkmək qərarına gəlməsi aydın deyil. Xüsusilə də onun ictimai çıxışlara və media ilə ünsiyyətə ənənəvi ehtiyatlı və uzaqdurma mövqeyi nəzərə alınanda. Bu, birinci xanımla prezident arasında mümkün fikir ayrılıqları söz-söhbətlərini gücləndirib.

Xatırladaq ki, Melaniya Tramp məlum çıxışında Ceffri Epşteynlə iddia edilən əlaqələrini təkzib edib.