BAKI, 9 mart. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner martın 10-da İsrailə planlaşdırdıqları səfəri ləğv ediblər.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“Axios” bundan əvvəl Uitkoff və Kuşnerin martın 10-da İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırdığını yazmışdı.