BAKI, 19 fevral. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən ünvanına səsləndirilən tənqidlərə cavab olaraq deyə bilərdi ki, ədalətsiz olan Kiyevdən ərazi güzəştləri tələb edilməsi deyil, müharibənin davam etdirilməsi qərarıdır”.
Teleqraf xəbər verir ki, bu barədə brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib.
Jurnalistlər ondan Zelenskinin “Trampın Ukraynadan güzəştlər tələb etməsini, Rusiyadan isə etməməsini ədalətsiz hesab edirəm” sözlərinə münasibət bildirməsini istəyiblər. Cavabında mətbuat katibi bildirib ki, Tramp üçün ədalətsiz olan məhz müharibə və itkilərin davam etməsidir.
“Prezident və komandası məhz buna görə ABŞ-dən çox uzaqda baş verən bu müharibəyə son qoymaq üçün çox böyük vaxt və enerji sərf edir”, - Levitt əlavə edib.