BAKI, 20 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Danimarkanın Qrenlandiyanı qoruya bilməyəcəyini və Kopenhagen rəsmilərinin hətta adaya səfər etmədiyini iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Oranı ələ keçirməliyik. Danimarka adanı müdafiə edə bilmir. Liderlərini tanıyıram, çox yaxşı insanlardır, amma ora getmirlər”, - Tramp bildirib.
O əlavə edib ki, Davos forumunda Qrenlandiyanın alınması məsələsini müzakirə edəcək.