BAKI, 19 yanvar. TELEQRAF
“Danimarka hökuməti 20 il ərzində Rusiya tərəfindən Qrenlandiyaya qarşı yaradılan təhlükəni aradan qaldıra bilməyib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“NATO 20 ildir Danimarkaya deyir ki, Qrenlandiyaya qarşı Rusiya təhlükəsini aradan qaldırmalısınız. Təəssüf ki, Danimarka bununla bağlı heç nə edə bilmədi. İndi isə vaxt gəlib, bu, (Qrenlandiyanın ABŞ-yə ilhaqı – red.) həyata keçiriləcək”, - o vurğulayıb.