BAKI, 9 dekabr. TELEQRAF
Rusiya danışıqlarda Ukraynadan daha güclü mövqedədir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika lideri Ukraynanın müharibədə uduzduğunu, çoxlu ərazi itirdiyini də bildirib:
“Onlar mən hakimiyyətə gəlməzdən əvvəl ərazilərini itirmişdilər. Sahilboyu böyük bir hissəni itirmişdilər. Xəritəyə baxın. On aydır hakimiyyətdəyəm, baxın, mənim hakimiyyətimin bu 10 ayında onlar daha bir böyük hissəni itiriblər. İndi bu, daha da böyüyür, daha da genişlənir. Onlar çox torpaq itiriblər və bunlar çox yaxşı torpaqlardır. Siz bunu qətiyyən “qələbə” adlandıra bilməzsiniz. Mən sizə xəritəni göstərə bilərəm, çox ərazi itiriblər”.
Jurnalistin danışıqlarda hansı ölkənin daha güclü mövqeyə malik olması ilə bağlı suala Tramp belə cavab verib: “Burada deyiləcək heç nə yoxdur, Rusiyadır”.