BAKI, 18 oktyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün gecə-gündüz işləyir”.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.
O xatırladıb ki, Amerika lideri artıq İsrail və HƏMAS arasında Qəzza zolağı məsələsində məqsədinə nail olub, bunun nəticəsində Yaxın Şərqdə işıqlı gələcək başlayıb.
“Vaşinqton ümid edir ki, eyni şey Rusiya və Ukrayna ilə də olacaq”, - Kerolayn Levitt qeyd edib.