BAKI, 10 oktyabr. TELEQRAF
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitutun (IISS) Amerika ofisinin nümayəndələri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat verib.
Görüşdə institutun direktoru Tomas Bekett, transatlantik əlaqələr üzrə aparıcı tədqiqatçı, səfir Maykl Karpenter və institutun digər nümayəndələri iştirak ediblər.
Tərəflər Cənubi Qafqazda təhlükəsizlik üzrə yeni mühitin formalaşması və kommunikasiya xətlərinin açılması məsələlərinə toxunublar. Həmçinin birgə tədqiqatların və konfransların keçirilməsi imkanları müzakirə olunub — xüsusən, 8 avqust (Azərbaycan-ABŞ-Ermənistan) razılaşmalarının və TRIPP layihəsinin (yaxud Zəngəzur dəhlizinin) Cənubi Qafqazın geosiyasi və geoiqtisadi dinamikasına necə təsir göstərə biləcəyi barədə fikir mübadiləsi aparılıb.