BAKI, 5 sentyabr. TELEQRAF
“Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinlə görüşmək üçün Moskvaya getməməlidir”.
Teleqraf xəbər verir ki, bunu amerikalı konqresmen Adam Smit deyib.
“Prezident Zelenskiyə pulsuz məsləhətlər verəcəm: Moskvaya getməyi ağlınıza belə gətirməyin”, - o vurğulayıb.
Smitin fikrincə, Zelenski Putinlə neytral ərazidə görüşməlidir.
Xatırladaq ki, Vladimir Putin bundan əvvəl ukraynalı həmkarı ilə görüşün üçün “ən yaxşı yer”in Moskva olduğunu açıqlamışdı.