BAKI, 22 avqust. TELEQRAF

Uqanda Birləşmiş Ştatlardan deportasiya edilən qeyri-qanuni miqrantları müvəqqəti qəbul etməyə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Uqanda Xarici İşlər Nazirliyinin daimi katibi Vinsent Bajira sosial şəbəkələrdə açıqlama yayıb.

Bajira Vaşinqtonla əldə olunan müvəqqəti razılaşmanın ABŞ-də sığınacaq tələb oluna bilməyən, lakin mənşə ölkələrinə qayıtmaq istəməyən və ya narahat olan üçüncü ölkə vətəndaşlarına şamil ediləcəyini bildirib.

Uqanda bu razılaşmanın şərti olaraq, cinayətkar miqrantları və müşayiət olunmayan azyaşlıları qəbul etməyəcəyini bəyan edib. Həmçinin, digər Afrika ölkələrinin vətəndaşlarının Uqandaya göndərilməsini arzuolunmaz hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyul ayında Afrika ölkələrinə, ABŞ-dən deportasiya edilən miqrantları qəbul etməyi təklif etmişdi. KİV-in məlumatına görə, Cənubi Sudan və Esvatini artıq bir neçə miqrant qəbul edib.