BAKI, 7 iyun. BAKI.

Almaniya Kansleri Fridrix Merts ABŞ-nin NATO-ya sadiqliyinə şübhə etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bunu ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşdən sonra deyib.

“Amerika hökumətinin NATO-ya sadiqliyinə heç bir şübhəm yoxdur”, - Merts vurğulayıb.

Kanslerin sözlərinə görə, şəxsi söhbət zamanı birbaşa Trampa ölkəsinin alyansdan çıxma ehtimalı barədə sual verib.

“Sual onun NATO-dan çıxma planının olub-olmaması ilə bağlıydı. Cavab isə açıq şəkildə “Xeyr” oldu. Bu barədə əlavə şərh verilmədi, hətta ondan sonra nahar zamanı belə”, - Fridrix Merts bildirib.

Almaniya hökumətinin başçısı 5-6 iyun tarixlərində ABŞ-də səfərdə olub.