.jpg)
BAKI, 13 aprel. TELEQRAF
ABŞ-nin Çin üzərində əhəmiyyətli təsir rıçaqları var.
Teleqraf xəbər verir ki, bunu Ağ Ev rəhbərinin müavini Stiven Miller "Fox News"a müsahibəsində bildirib.
"İlk növbədə, biz ölkəni, onun bütün inkişafını və sənayeləşməsini tam şəkildə maliyyələşdiririk. Bizim başqa rıçaqlarımız var, mən bu barədə çox danışmaq istəmirəm, lakin Çinin təhlükəsizliyi üçün vacib məsələlərdə onların ABŞ-yə ehtiyacı var",- o qeyd edib.
Miller həmçinin bildirib ki, gərginliyi azaltmaq Çin üçün müdrik addım ola bilər.