.jpg)
BAKI, 9 aprel. TELEQRAF
"ABŞ Prezidenti Donald Tramp tarif danışıqları müqabilində Çinə səxavətli şərtlər təqdim edəcək".
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
"Prezident məndən deməyimi istədi ki, əgər Çin bir razılaşma əldə etsə, o, inanılmaz dərəcədə səxavətli olacaq", - Levitt bildirib.
Eyni zamanda, o, Çinin ABŞ tariflərinə cavab tədbirlərini səhv adlandıraraq, Vaşinqtonun hər zaman daha sərt cavab verəcəyini vurğuladı.