BAKI, 16 mart. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı Ənsarulah (Husilər) hərəkatı hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi məlumatında deyilir.

Əməliyyatın hədəfi Husilərin strateji məntəqələrini sıradan çıxarmaqdır. Məqsəd isə Amerikanın maraqlarını qorumaq, təhdidlərin qarşısını almaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.