BAKI, 31 iyul. TELEQRAF
İspaniya Afrikanın şimal sahillərində yerləşən Seuta muxtar şəhərinə qanunsuz daxil olmuş miqrantların mümkün qədər tez vətənlərinə qaytarılması üçün Mərakeşlə əməkdaşlığa ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə şəhərə səfər edən İspaniya Baş naziri Pedro Sançes bildirib.
Baş nazirin sözlərinə görə, Madrid Mərakeş hakimiyyəti ilə əməkdaşlıq etmək niyyətindədir: “Mən onların bu hazırlığına və əməkdaşlığına görə təşəkkürümü bildirirəm, bu repatriasiya prosesi mümkün qədər tez həyata keçirilməlidir”.
İspaniya mediası minlərlə miqrantın Mərakeşdən Seutaya daxil olması haqda məlumat yayıb. “Cadena SER”in məlumatına görə, son sutka ərzində Seutaya 49 min qanunsuz miqrant daxil olub. Şəhərə çatmağa cəhd edərkən azı 28 nəfər həlak olub.
Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbçilərin cəlb edilməsi barədə qərar qəbul edib.