BAKI, 7 yanvar. TELEQRAF

"Somalilənd" real dövlət institutlarına və işlək idarəetmə mexanizmlərinə malikdir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar "Somalilənd"ə səfəri zamanı bildirib.

"Fələstindən fərqli olaraq "Somalilənd" faktiki fəaliyyət göstərən bir dövlətdir. Fələstin real dövlət statusuna malik deyil",- o qeyd edib.

Xatırladaq ki, İsrail dekabrın 26-da "Somalilənd"i rəsmi şəkildə tanıyan ilk ölkə olub.