BAKI, 30 sentyabr. TELEQRAF
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün Madaqaskarda iğtişaşlar zamanı guya 22 nəfərin ölməsi haqqında məlumatları şayiələrə və dezinformasiyaya əsaslanır.
Teleqraf xəbər verir ki, bu barədə Madaqaskar Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Madaqaskar hakimiyyəti bəyan edir ki, heç bir rəsmi məlumat bu hesablamalara uyğun gəlmir. Təqdim edilən məlumatlar şayiələrə və dezinformasiya yayan mənbələrə əsaslanır”, - XİN bəyan edib.
Madaqaskar hökuməti təhlükəsizliyin bərpası, insanların və onların əmlaklarının qorunması üçün hüquq-mühafizə qüvvələrini səfərbər edib. Söz və toplaşma azadlığı ölkənin konstitusiyası və beynəlxalq sazişlərlə təmin edilir, lakin onlardan ictimai asayişə riayət etməklə istifadə edilməlidir.