BAKI, 28 noyabr. TELEQRAF

Türkiyənin Samsun-Çarşamba hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından kənara çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bildirib.

“Samsun-Çarşamba hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb. Hadisədən sonra hava limanının yanğınsöndürmə və xilasetmə xidməti və müvafiq qruplarımız dərhal əraziyə gələrək zəruri təhlükəsizlik tədbirləri görüblər.

Təyyarədə solo təlim uçuşu həyata keçirən kursant pilotun səhhətinin yaxşı olduğu və heç bir xəsarət almadığı müəyyən edilib”, - nazirlik qeyd edib.