BAKI, 19 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətini müharibənin başa çatdırılması yollarının tapılmasına yönəltməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Səmərqəndə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Diqqət mərkəzində olmalı olan əsas məsələ müharibənin başa çatdırılmasıdır. Zelenski məhz buna köklənməlidir. İstərdik ki, hamı bu məsələyə diqqət ayırsın", - M.Rubio qeyd edib.