BAKI, 19 oktyabr. TELEQRAF
Estoniya xarici işlər naziri Marqus Tsaxnanın bu gün Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.
Teleqraf-ın məlumatına görə, səfər Azərbaycan tərəfinin xahişi ilə qeyri-müəyyən vaxta ertələnib.
Qeyd edək ki, Marqus Tsaxnanın səfəri oktyabrın 19-20-nə nəzərdə tutulmuşdu.
Həmçinin, onun iştirakı ilə Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasiminin keçirilməsi də planlaşdırılırdı.