BAKI, 13 oktyabr. TELEQRAF

"İmişli" klubu baş məşqçisi Fərid Namazov ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bölgə təmsilçisi Fərid Namazova komandadakı fəaliyyətinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.