BAKI, 13 oktyabr. TELEQRAF
İspaniyanın “Xetafe” klubu Daniel Karvaxalla müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, La Liqa təmsilçisi 34 yaşlı müdafiəçi ilə 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulan sözləşmə bağlayıb.
İspaniyalı futbolçu bu ilin iyulunda 2013-cü ildən çıxış etdiyi “Real Madrid”dən ayrılıb.
, Madrid klubu ilə 4 dəfə İspaniya çempionu, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun və 5 dəfə Klublararası Dünya Kubokunun qalibi olub.
“Xetafe” La Liqanın cari mövsümündə 8 turdan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.