BAKI, 5 oktyabr. TELEQRAF

“İsrailin Suriyanın Quneytra vilayətində “Sufa 53 xətti” adlandırılan xətt üzrə işlərini yenidən bərpa etməklə 1974-cü il Qüvvələrin Ayrılması Sazişini pozması və Suriyada yeni durum yaratmağa yönəlmiş fəaliyyətlərini qətiyyətlə pisləyirik”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“İsrailin bölgədə gərginliyi artıran ekspansionist siyasətinə son qoyması və işğal etdiyi Suriya ərazilərindən geri çəkilməsi üçün beynəlxalq ictimaiyyəti dərhal təsirli və qətiyyətli addımlar atmağa çağırırıq. Türkiyə Suriyanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə dəstəyini qətiyyətlə davam etdirəcək, region ölkələri ilə birlikdə bu istiqamətdə zəruri addımlar atmağa davam edəcək”, - nazirlik vurğulayıb.