BAKI, 5 oktyabr. TELEQRAF
“Beyrut Tehranla münasibətlərdə yeni səhifə açmaq və əlaqələri suverenlik, müstəqillik və hər iki ölkənin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurmaq istəyir”.
Teleqraf xəbər verir ki, bunu Livan Baş naziri Nəvaf Salam deyib.
Hökumət başçısı həmçinin İranı Livana yeni səfir təyin etməyə çağırıb.
Salam qeyd edib ki, Livanın prioritetlərinə İsrail qüvvələrinin ölkə ərazisindən tamamilə çıxarılması və hücumların dayandırılması da daxildir.
Baş nazir Livanda bütün silahların dövlətin müstəsna nəzarəti altında olmalı olduğunu da vurğulayıb.