BAKI, 2 sentyabr. TELEQRAF
Bəhreynin Hava Hücumundan Müdafiə qüvvələri İran tərəfindən buraxılan bir neçə hava hədəfini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Bəhreyn Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemləri İran tərəfindən həyata keçirilən bir sıra hava hücumlarının qarşısını alıb və müvafiq vasitələri məhv edib”, - açıqlamada bildirilib.