BAKI, 24 avqust. TELEQRAF
“ABŞ-nin İrana qarşı dəniz blokadasına və digər qanunsuz hərəkətlərinə qoşulan istənilən ölkə bunun nəticələri ilə üzləşəcək”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İrana qarşı dəniz blokadası təcavüz aktıdır. Xəbərdarlıq edirik ki, ABŞ-nin qanunsuz hərəkətlərinə hansısa dəstək ciddi nəticələrə səbəb olacaq. İran heç vaxt belə şeylərə dözməyəcək”, - Bəqayi qeyd edib.