BAKI, 21 avqust. TELEQRAF
“Maliyyə məhdudiyyətləri və ABŞ-nin dəniz blokadasının ixrac-idxal fəaliyyətimizi çətinləşdirməsi məsələsini bir kənara qoysaq, kim deyib ki, hökumət 130 min tümənə benzin almalı, sonra onu 1500 tümənə satmalıdır?”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bu, o vəziyyətdə baş verir ki, əmtəə kuponlarının maliyyələşdirilməsini artırmaq, buğda istehsalçılarının maliyyə öhdəliklərini yerinə yetirmək, sığorta ödənişlərini, fəhlələrin, təqaüdçülərin və dövlət qulluqçularının dolanışığını təmin etmək məsələlərində məhdudiyyətlərlə üzləşirik. Hökumət maliyyə məhdudiyyətləri ilə üz-üzədir. Şüar (müharibəni davam etdirməyə çağırış ediriksə – red.) səsləndiririksə, onun gətirdiyi çətinlikləri də qəbul etməliyik”, - dövlət başçısı vurğulayıb.